Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə62/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   58   59   60   61   62   63   64   65   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
104 
 
 
YA DƏYƏ 
 
Nə lazımdır naqabilə söz deyəm, 
Xatirinə ya dəyməyə, ya dəyə? 
Sizin olsun, eyvan, otaq, alaçıq, 
Bizə bəsdir ya kölgəlik, ya dəyə. 
 
Pis övlada öyüd verər yaxşı ata, 
Yaxşı igid, süvar olar yaxşı ata. 
Kamil ovçu bərəsində yaxşı ata, 
Keçirəndə ya dəyməyə ya dəyə. 
 
Hüseyn deyər mail oldum Gülxara
Geyinmişdir atlas, ziba, gülxara, 
Qorxuram ki, qismət ola gül xara
Bağban ölə, dal budağı yad əyə. 


 
 
105 
 
GEYĠNDĠ 
 
Bahar oldu, çiçək açdı, 
Güllər qırmızı geyindi. 
Çırtıq dəydi, üz qanadı, 
Xallar qırmızı geyindi. 
 
Yarım yuxudan oyandı, 
İncidi, küsdü, oysandı. 
Barmaq buxağa dayandı, 
Əllər qırmızı geyindi. 
 
Mailəm mina gərdana
Ağ bədənə, gül əndama. 
Zülfünə qoyubdu xına, 
Tellər qırmızı geyindi. 
 
Qaş oynatdı, qıya baxdı, 
Könlümün evini yıxdı. 
Al geyindi, seyrə çıxdı, 
Çöllər qırmızı geyindi. 
 
Yanaqları güldən təzə, 
Ağzı qaymaq, dili məzə
Hüseyn, canan gəldi bizə
Yollar qırmızı geyindi.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin