Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə61/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   57   58   59   60   61   62   63   64   ...   125
 
 
103 
 
YERĠDĠ 
 
Çərşənbə günündə, xas axşamında, 
Sallandı qarşımdan sona yeridi. 
Başını oynatdı, gözüylə güldü, 
Bir ox vurdu, şirin cana yeridi. 
Gərdəni minadır, əndamı nazik, 
İncə barmaqlarda qızıldan üzük, 
Boynunda həmayil, qolda bilərzik
Guşunda guşvara, tana yeridi. 
 
Təəcüb eylədim, bu necə candı, 
Belə bəşər olmaz, alah, amandı! 
Huridi, mələkdi, yoxsa qılmandı, 
Soalar səfində sona yeridi. 
 
Quba qaz yerişli, maral baxışlı, 
İnnabı dodaqlı, mirvari dişli
Ucu güləbatın, xurmayı saçlı, 
Telində şirmayı şana yeridi. 
 
Yoxdur gözəlliyə qüsur, bəhana, 
Camalın şöləsi düşüb cahana
Hüseyni eylədi dəli-divana
Məcnun kimi biyabana yeridi. 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin