Seçmə aşıq şeirləri
110
QALMIġAM
Ay ariflər, nə bəlalı qul oldum,
Gecə-gündüz ahu-zara qalmışam.
Sahibsiz otaqda qəribə mehman,
Meyvəsiz bağçaya, bara qalmışam.
Yalan olmaz şairlərin dilində,
Şivəsində, əməlində, felində.
Leyli yarım qalıb Yəmən elində,
Məcnun təki mən avara qalmışam.
Qürbət eldə bağrı qan olan Mirzə,
Əğyarnan cananı can olan Mirzə,
Arif məclisində xan olan Mirzə –
Nə olub, keçələ, kora qalmısan?!
111
QARAÇÖPLÜ AġIQ MUSA
(1885-1965)
OLMASA
İgidin saçı ağarmaz,
Gər, yarı nadan olmasa,
Kimsə baş əyməz fələyə,
Qəm suyu dadan olmasa.
Bürcü hasarlar sökülər,
Qatlanmaz qollar bükülər.
Gündə yüz yol qan tökülər,
Acı söz udan olmasa.
Musa eldən aralanmaz,
Mərddir, qəlbi qaralanmaz.
Yüz ox dəysə yaralanmaz,
Xatası dostdan olmasa.
|