129
OXUMAQLA
BÜLBÜL OLMAZ SƏRÇƏLƏR
Oxumaqla bülbül olmaz sərçələr,
Budaq kölgəsində daldalansa da.
Aslanın hər yerdə öz hünəri var,
Tülkülər yekəlib lovğalansa da.
Yüz də qürrələnsə, tox dura bilməaz
Elə gərdən çəkib, şax dura bilməz
İtirər ağlını, çox dura bilməz,
Qartal qayasına qarğa qonsa da.
Bayraməli, batma qəm dəryasında,
Gədanı görsən da bəy libasında.
Hər kəsin adı var el arasında,
Nadanlar arifi naşı sansa da.
Seçmə aşıq şeirləri
130
ƏLĠMƏRDANLI AġIQ NƏCƏF
(Nəcəf Alı oğlu Hüseynov – 1900-1946)
HƏMĠġƏ
Qafil olma, diqqətinən fəhm eylə,
Yaxşını, yamanı tanı həmişə.
İstəsən ki, murazına çatasan,
Abad istə, sən, dünyanı həmişə.
İcazəsiz bir gül üzmə butadan,
Gen gəz qalmaqaldan, gen gəz xatadan.
İgid oğul törər əsil atadan,
Qoymaz olsun nahaq qanı həmişə.
Mərd igid meydanda qoyar sərini,
Yada salar ustadını, pirini.
Axtarar dayazı, gəzər dərini,
Qoyar dost yolunda canı həmişə.
Şamama bitirməz namərdin tağı,
Yığılmaz başına ağır yığnağı,
Mərdin qaydasıdır əylər qonağı,
Açar süfrə, tökər nanı həmişə.
Dilində zikr elə, Əli - İmranı,
Odur qiyamətdə haqqın divanı.
Nəcəf, mərifətlə dolan dünyanı,
Sən ol xalqın mehribanı həmişə.
|