175
kinetosomdan inkişaf edirlər. Bütün bu müşahidələrə
əsasən hələ keçən əsrin sonunda belə bir hipotez irəli
sürülmüşdür ki, sentriollar və bazal cisimcik ya iy
tellərinin əmələ gəlməsində,ya kirpik və qamçıların
formalaşmasında iştirak edirlər, ya da hər iki funksiyanı
eyni vaxtda yerinə yetirirlər. Elektron mikroskopik
tədqiqatlar göstərdi ki, sentriolların quruluşu, kirpik və
qamçıların əsasında duran bazal cisimciyin quruluşuna
oxşardır. Sentriolların və bazal dənəciyin funksiyası
hərəkətlə bağlıdır, yəni onlar hüceyrə bölünən zaman
xromosomların qütblərə çəkilməsində və hüceyrələrin
özlərinin hərəkətində (kirpikli və qamçılı hərəkət)
iştirak edirlər.
Dostları ilə paylaş: