Mikroborucuqlar xarici diametri 25 nm olan,
uzunluqları bir neçə mkm olan içərisi boş boru şəkilli
silindirik fibrilyar tipli orqanoidlərdəndir. Onlar 13
periferik saplaqdan və ya protofilamentlərdən qurulmuş
düz, uzun, boş silindirlərdir. Onlar tubulin zülallarından
əmələ gəlmiş polimerlərdir, mikroborucuqların tubulin
monomerləri iki oxşar polipeptidlərin (α-tubulin və β-
tubulin) əmələ gətirdikləri heterodimerdirlər. Hər iki
tubulin- α-tubulin və β-tubulin 55kDa molekulyar
kütləyə malikdirlər. Heterodimerdə monomerlər paralel
birləşdiyindən heterodimer polyarlığını saxlayır. Bir
mikroborucuq yüz minlərlə tubulin monomerlərin
protofilamentlər adlandırılan 13 sütunda düzümündən
176
təşkil olunmuşdur.
Hər bir sap iki subvahiddən və
qlobulyar zülal tubilindən ibarətdir (şəkil 46). Hər bir
sapda bu subvahidlər ardıcıl yerləşir. Mikroborucuqda
saplar spiral formasındadır. Borucuqlardan yanlara
onlara bağlı olan zülal molekulları çıxır. Bu zülallar
mikroborucuqları stabilləşdirir və həmçinin onları
sitoskletin
digər
elementləri
və
orqanoidlərlə
əlaqələndirir. Eyni zamanda mikroborucuqlarla ATF
parçalayan və onun parçalanma enerjisini mexaniki
enerjiyə çevirən kinezin fermenti ilə bağlıdır. Kinezin
bir ucu ilə müəyyən orqanoidə birləşir, digər icu ilə isə
ATF enerjisi hesabına mikroborucuq boyu sürüşür və
beləliklə də sitoplazmada orqanoidlər yerini dəyişir.
Mikroborucuqlar dinamik stukturlardır. Onların iki (-)
və (+) ucları vardır. Mənfi ucu depolimerizasiya
nahiyyəsidir, müsbət ucdasa yeni tubulin molekulları
hesabına onların böyüməsi baş verir. Bəzi hallarda
(bazal cisimcik) mənfi uc növbələnir və parçalanma
dayanır. Nəticədə kirpikciyin (+) ucda getdiyi
birləşmələr hesabına ölçüləri böyüyür.
177
Şəkil 46. Mikroborucuqlar.
və
tubulin molekulları
mikroborucuqlarda şahmat qaydası ilə yerləşir (K. de Dyuva
görə)
Mikroborucuqların funksiyaları:
1.
Sitoskelet rolu oynayır.
2.
Bölünmə vətərlərinin yaranmasında və mitoz
zamanı xromosomların ayrılmasında iştirak edir.
178
3.
Maddələrin və orqanoidlərin nəqlində iştirak
edir.
4.
Sentriolların, kirpikciklərin və qamçıların
tərkibinə daxildir.