55
Bir söz gəlməyir ağlıma,
Şeir adına yazmağa.
Yuxular da görəmmirəm
Obaşdan durub yazmağa.
Deməli, çərxi-fələk elə dövran edib ki, poeziyanın ümidi
lunatik xəyallarına bağlanıb. Hər halda oxucu dualar etməlidir
ki, şairlik xülyasına düşən bu kəs yuxu görməsin, əks halda bu
cür sayıqlamaları dinləmək məcburiyyətində qalacaq:
Kros yarışındayam mən deyən hələ
Gecə də, gündüz də qaçıram elə
Qaçıram üstümə divar yeriyir
Üstümə qayalar, yoxuşlar gəlir
Ağaclar, cücülər, nə var yeriyir.
Mənə elə gəlir ki, bir ən yaxşı şeri, bir də ən pis şeri izah
eləmək çətin olur. Çünki birincidə «dil tutulması» hadisəsi baş
verir, ikincidə isə ürək tutulması.
Mən əlbəttə bir neçə müəllfin yazdıqları nümunələrə istinad
etdim. Poeziyamız isə yüzlərlə bu kimi cılız məmulatlarla
doludur və onların neqativ təsiri nəticəsində poeziyamız özü
qış yuxusuna dala bilər.
* * *
Ədəbiyyatda əsas meyar və göstərici istedaddır. M.Yaqu-
bun, M.İsmayılın son dövr yaradıcılığı bir daha sübut edir ki,
istedad olanda yaradıcı insanın şerləri bütün zaman kəsim-
lərində yalnız bir fəslin-baharın təravətini daşıyır.
M.Yaqub poeziyasında müəllif “mən”i yenə təbiətlə qol-
boyundur. Bütün yaradıcılığı boyu biz M.Yaqubu belə gördük,
belə tanıdıq. Təbiət daim şairin hisslərinin tərcümanı oldu,
içindəki yanğıyla qara daşa can verməyə çalışdı. Budur, artıq
ömür qüruba enib, şair “yol üstündə qoca dərvişə” çevrilib,
fəqət onun lirik-romantik poeziyasında təbiət yenə də əvvəlki
kimi canlı və qüdrətli obraz səciyyəsindədir.
56
Görəsən mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla.
Silim gözlərimi yarpaqlarıyla.
Bir az da mehriban, bir az da həlim,
Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun
Hər şerin yaranışında şairin mənəvi durumu, onun psixoloji
aləmi böyük rol oynayır. Içini kədər, tənhalıq bürümüş insan
heç zaman xoşbəxtliyə qafiyə axtarmır. M.Yaqub da ömrün o
mərhəsinə yetib ki. “nə xoşbəxt imişəm” nisgilinin təsiri ilə ya-
şın yorğunluğu, ötüb getmiş sevgi qatarı, həyatın faniliyi ilə
bağlı düşüncələrini bölüşür:
Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır-
Daha söz deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bir daşı özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım gedim?!
Qalsın süfrə daşım mamır bağlasın,
Üstünə yağışlar yağsın, ağlasın.
Sevgi mövzusuna müraciətində də M.Yaqub əvvəlki kimi
lirik təbiəti ilə güclü və emosionaldır.Bu şerlərin əksəriyyətin-
də ifadə olunan hisslər dərindən yaşanmış, ömrün sevdalı çağ-
larının fikir və mühakimələrindən hasil olmuş , qəlbin və ağlın
vəhdət prizmasından keçib büllurlaşan hiss və düşüncələrdir.
Bu gün M.Yaqub poeziyasını saran bədbinlik notları onun sev-
gi baxışlarına belə sirayət etsə də, şair xəyalı yenə əvvəlki kimi
mənalı və romantikdir.
57
Ürəkdə od püskürən
İndi o vulkan hanı?
Günəş atəşiylə də
Daha isitmir canı.
Baxma gözlərimdəki
Köhnə, donuq yaşlara
Heyf o sevgilərdən
Çevrildi yaddaşlara
Bir bax o pəncərədən,
Çıx eyvana, düş bəri.
Necə aldadır məni
Yaddaşının gözləri.
Əl uzatdım əl tutum.
Əlim getdi boşlara;
Heyf o sevgilərdən
Çevrildi yaddaşlara.
Məmməd İsmayılın da poeziyasında cavanlıq çağlarının
nikbin və çılğın ovqatını yaşadığı mərhələnin sərt, müdrikanə
təsviri əvəz edib. Hərçənd sərt və müdrik başlanğıc bu poeziya
üçün həmişə xarakterik bir hal olmuş. Sadəcə, bu gün şair
ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqinda
meditativ düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu
gündən keçmişə boylanır. Şairin “Göy qurşağı” şerində taleyə,
qəzavü-qədərə verilən qiymətin ictimai tutumu dərindir və
yüksək poetik formada ifadə olunub:
Göy gövsü-qüzeh.
Altdan keçəsən.
Ot üstündən şeh.
Alıb içəsən.
Arzuya çatar,
Eşitmədin sən?
Göy qurşağının
Altından keçən...
|