MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə156/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   152   153   154   155   156   157   158   159   ...   184
Çörəyin mikrobiotası 
Çörəyin səthi peçdən çıxarkən praktik olaraq tamamilə steril olur, lakin içliyi 
yalnız 95-98C-yə qədər  qızır  və onda  həmişə  bakteriyaların sporlarının  müəyyən 
miqdarı qala bilir. 
Çörəyin  soyuması,  daha  sonra  daşınması,  saxlanması  və  satılması  zamanı 
sporlar  inkişaf  edə  bilər,  içlikdə  əmələ  gələn  hüceyrələrin  çoxalması  isə  çörəyin 
xarab olmasına səbəb olur. 
Çörək  məmulatı  istehsalında  hazırlanan  xəmirdə  çoxlu  maya  göbələkləri  və 
süd  turşusu  bakteriyaları  olur  ki,  onlar  xəmir  yetişdikdə  inkişaf  edərək  onun 
keyfiyyətini  yaxşılaşdırırlar.  Buğda  unundan  hazırlanmış  xəmirdə  maya 
göbələkləri,  çovdar  ununun  xəmirində  isə  süd  turşusu  bakteriaları  maya 
göbələklərinə nisbətən 50-60 dəfə çox olur. 
Maya göbələklərindən onların tərkibində Saccharomyces cerevisiae, Candida, 
Torulopsis 
göbələkləri,  süd  turşusu  bakteriyaları,  Streptobacterium 
və 
Thermobacterium    vardır.  Xəmir  formalaşdırılıb  bişirildikdə,  onun  içərisində  olan 
vegetativ  mikrobların  əksəriyyəti  tələf  olsa  da,  sporlu  mikroblar  salamat  qalırlar. 
Bəzən  də  orada  maya  göbələklərinin  və  süd  turşusu  bakteriyalarının  bir  qismi 
salamat qalır. Yeni bişirilmiş çörəyin səthində mikrobiotanın hamısı tələf olur. 
Çörək  hazırlanan  xammallar  müxtəlif  mikroblar  ilə  çirklənmiş  olarsa,  onlar 
saxlanıldıqda  tez  xarab  olur  və  tərkibində  müxtəlif  qüsurlar  baş  verir.  Bunlara 


187 
 
çörəyin  seliklənməsi  –  «kartof  xəstəliyi»,  onun  içərisinin  qızarması,  ağarması, 
kiflənməsi və s. aiddir. 
Çörəyin  seliklənməsini  Bac.metentericus    və  Bac.  subtilis    əmələ  gətirir. 
Bunların  sporları  yüksək  temperaturaya  çox  davamlıdır.  İsti  çörək  tədricən 
soyudulduqda,  onlar  inkişaf  edərək  çörəyin  içərisində  seliklənmə  verir  və  onun 
rənginin  tündləşməsinə  və  pis  iyli  olmasına  səbəb  olurlar.  Mikrobların 
fermentlərinin  təsiri  ilə  zülallar  parçalanırlar.  Əvvəlcə  çörəkdə  meyvə  qoxusu, 
sonra isə üfunətli iy əmələ gəlir. 
Seliklənmənin qarşısını, xəmir hazırlandıqda yetişmiş maya əlavə etməklə və 
onun turşuluğunun (pH) 4,5-5,0 olmasını təmin etməklə almaq olar. 
 İsti  çörəklər  bir-birindən  aralı  qoyulmalı  və  hava  cərəyanı  ilə  təmin 
edilməlidir. 
Taxıl  məhsullarının  istehsalının  keyfiyyətli  olmasında  və  onların  uzun  müddət 
saxlanmasında mikroorqanizmlər mühüm rol oynayırlar. 
Yüksək 
keyfiyyətli 
dənin 
bir 
qramında 
(buğda, 
arpa, 
düyü) 
mikroorqanizmlərin  sayı  10
3
-10
6
  arasında  dəyişir,  lakin  onların  keyfiy-yət  tərkibi 
bir-birinə  yaxın  olur.  Belə  ki,  dənin  mikobiotasında  bakteri-yalar  sayca  üstünlük 
təşkil edir. Kif göbələklərinin miqdarı 5-7%, maya göbələkləri isə  daha kiçik saya 
(90%-ə  qədər  və  daha  çox)  olur.    Bakteriyaların  içində  sporsuz  bakteriyalar  (80-
90%), fakültativ-anaerob çöp bakteriyalar dənin tipik epifit  mikrobiotasında üstünlük 
təşkil edir.  
Az 
miqdarda 
mikrokokklar, 
süd 
turşusu 
bakteriyaları, 
həmçinin 
sporəmələgətirən bakteriyalar da müşahidə edilir.  
Təzə  yığılmış  dəndə  Alternaria,  Cladosporium,  Ascochyta    cinslərinə  aid 
göbələklərə də rast gəlinir. 
1) 
Çörəyin 
içərisinin 
qızarmasına 
(qırmızı 
ləkələr 
əmələ 
gəlir) 
Bac.prodigiosum  səbəb  olur.  Bu  spor  əmələ  gətirməyən  mikrobdur.  Bakteriya 
insan  üçün  təhlükəli  olmasa  da,  belə  çörək  satışa  buraxılmır.  Bu  xəstəliyin  baş 
verməsinə  çörək  saxlanılan  yerdə  yüksək  temperaturun  olması,  binanın  havasının 
nəmliyi, çörəyin aşağı turşuluğu səbəb olur. 


188 
 
1  qram  unda  10-50  sayda  kartof  çöpü  olarsa,  məhsul  basillərlə  normal 
yoluxmuş  hesab  edilir.  Əgər  sporların  sayı  200-1000-ə  çatırsa,  unun  yoluxması 
yüksək  hesab  edilir.  Əgər  1  qram  unda  daha  çox  spor  olarsa,  məhsul  basillərlə 
güclü yoluxmuş sayılır. 
Un,  dən  və  yarmalara  nisbətən  mikrobların  təsirinə  daha  az  davamlıdır.  Onun 
qida  maddələri  mikroblar üçün daha asan mənimsəniləndir.  Lakin unun  nəmliyinin 
az  olması  şəraitində  (havanın  nisbi  rütubəti  70%)  mikroorqanizmlərin  inkişafının 
qarşısı  alınır.  Havanın  nisbi  rütubətinin  artması  ilə  unda  olan  qeyri-fəal 
mikroorqanizmlər də inkişaf etməyə başlayır. Bu zaman birinci növbədə nəmliyə az 
tələbkar  olan  kif  göbələkləri  inkişaf  edir.  Unda  olan  kif  göbələklərinin  çoxu 
nişastanı  fermentativ  hidroliz  edən  amilolitik  aktivliyə  malikdirlər  ki,  bunun  da 
sayəsində onlar nişastanı şəkərləşdirirlər. Unun çörəkbişirmə xassəsi onların inkişafı 
nəticəsində  aşağı  düşür,  o  xoşa  gəlməyən  iyə  də  malik  olur  ki,  bu  da  çox  zaman 
çörəyə keçir.  
1. Unun kiflənməsi ən geniş yayılan xarab olmadır. Unun kiflənməsi qorxusuz 
deyildir: onda Aspergillus və Penisillium müşahidə edilir. Bunlar mikotoksin ifraz 
edirlər. Onların əksəriyyəti istiliyə davamlı olduğundan çörəkdə də qala bilirlər. 
2. Unun turşuması onun nəmlənməsi ilə əlaqədardır və bu turşu əmələ gətirən 
bakteriyaların (süd turşusu və s.) inkişafı nəticəsində baş verir. 
3.  Unun  acıması  -  unun  tərkibində  olan  lipidlərin  lipoksigenazanın    və 
havanın oksigeninin iştirakı ilə oksidləşməsidir. 
Dən  məhsullarının  15-20C  saxlanmasına  (2-3  il)  yol  verilə  bilən  havanın 
nisbi  rütubəti  65%-dir.  Havanın  nisbi  rütubəti  72-75%  olduqda  dən  məhsullarının 
yol verilə bilən saxlanması ildə bir neçə ay olur (3-4 ay). 
Çörək istehsalında unun keyfiyyəti və onun mikrobiotasının tərkibinin normal 
xəmirləşmə  prosesində,  xəmirin  və  hazır  çörəklərin  keyfiyyətində  böyük 
əhəmiyyəti  vardır.  Xəmirin  yetişməsi  zamanı  onda  gedən  fiziki  və  kimyəvi 
çevrilmələrlə  yanaşı,  mayaların  və  süd  turşusu  bakteriyaların  da  rolu  vardır.  Buğda 
çörəyinin  istehsalında  xəmiri  hazırlayan  zaman,  preslənmiş  və  yaxud  qeyri-


189 
 
mayalar  istifadə  olunur.  Çörək  zavodlarında  həmçinin  birbaşa  hazırlanan  duru 
mayalar və duru buğda mayaları da istifadə edilir. 
Çörək  istehsalında  istifadə  olunan  mayalar  yüksək  temperaturada  çoxalmağa 
davamlı və yüksək maltoza qıcqırdıcı aktivliyə malik olmalıdırlar. Belə ki, xəmirdə 
əksərən  maltoza şəkəri toplanır. Qıcqırma  zamanı əmələ  gələn karbon qazı  xəmiri 
yumşaldır və həcmini genişləndirir. 
2)  Çörəyin  kartof  xəstəliyini  (yapışqanlılıq)  bacillus,  mezenterikus  və  ya  kartof 
çöpləri törədir. Unda kartof çöpləri çoxlu miqdarda olduqda, o çörək bişirdikdən sonra 
da qala bilir. Belə ki, onların sporları (100C qızdırmada 3-4 saat  müddətində həyati 
qabiliyyətini  saxlayır)  yüksək  temperaturaya  çox  davamlıdır.  Kartof  xəstəliyinə 
tutulmuş  çörəkdə  əvvəlcə  meyvə  qoxusu  əmələ  gəlir,  sonra  içərisi  yapışqanlı  olur, 
çəkdikdə sap kimi uzanır və üfunət iyi verir. Belə çörək yemək üçün yaramır. Kartof 
çöpləri  neytrala  yaxın  mühitdə  daha  yaxçı  inkişaf  edir.  Buna  görədə  xəstəlik  yalnız 
turşuluğu  az  olan  buğda  çörəyində  baş  verir.  Çovdar  çörəyində  isə  bu  müşahidə 
edilmir.  Kartof  xəstəliyinin qarşısını  almaq  üçün  xəmir  hazırlandıqda  yetişmiş  maya 
əlavə  etməklə  onun  turşuluğunun  (pH)  4,5-5,0  olmasına  müvəf-fəq  olmaq,  çörək 
bişirildikdən  sonra  isə  tez  soyutmaq  lazımdır.  Çünki  kartof  çöplərinin  inkişafı  üçün 
optimal temperatur 40C-ə yaxındır. 
3)  Çörəyin  içərisinin  ağarmasına  Endomyces  fibuliger  və  Monilia  variabilis 
tipli  maya  göbələklərinə  bənzər  kif  göbələkləri  səbəb  olurlar.  Bu  göbələklərin 
konidiləri  çörək  bişirildikdə  tələf  olmur.  Zədələnmiş  çörəyin  içərisində  ağ  ləkələr 
əmələ gəlir və tezliklə onlar quru una bənzər təbaşir kimi olurlar. Çörək mayasında 
Fusarium göbələkləri inkişaf edərsə, çoxlu zəhər (toksin) yığılır ki, o da bişirmədə 
öz  fəallığını  itirmir.  Çörəyin  yüksək  temperaturada  və  nisbi  nəmlikdə  saxlanması 
onun  kiflənməsinə  səbəb  olur.  Çörəyin  yoluxmasını  müxtəlif  kiflər  –  asperqillus, 
penisillium, mukor və b. göbələklər törədir. Çörəyin kiflənməsinin qarşısını almaq 
üçün  o  quru  və  havası  yaxşı  dəyişilmiş  yerdə  saxlanılmalıdır.  Çörək  saxlanan 
kameranın temperaturu 8-10C, nisbi rütubəti 70-75% olmalıdır.  Keyfiyyətli çörək 
məmulatı  almaq  üçün  istifadə  olunan  xammal  və  eləcə  də  maya  göbələkləri 
mikrobioloji nəzarətdən keçirilməlidir. 


190 
 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin