Qanabənzər xəstəlik öz adını çörəkdə bəzən qırmızı ləkələrin əmələ
gəlməsindən almışdır. Bunun törədicisi çöpşəkilli prodiqiozum bakteriyasıdır. Belə
çörək insan üçün qorxulu olmasa da, satışa buraxılmır. Bu xəstəliyin baş verməsinə
çörək saxlanılan binanın yüksək temperaturu, havanın nəmliyi və çörəyin aşağı
temperaturu kömək edir.
Çörəyin kiflənməsi – həm çörəyin səthinin nəmlənməsi zamanı, həm də
çörəyin içində kifayət qədər nəmlik olduqda və ora havanın daxil olduğu zaman
baş verir. Çörəyin kiflənməsi müxtəlif kif göbələkləri – Asperqillus, Penisilium, Mucor yoluxdura bilər. Çörəyin kiflənməsinin qarşısını almaq üçün o quru və
yaxşı havalanan yerdə saxlanmalıdır.
Çörəyin saxlanması üçün temperatur 10-15C və havanın nisbi rütubəti isə
75%-ə yaxın olmalıdır.