MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ


Taxıl kütləsinin konservləşdirmə üsulları



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə151/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   147   148   149   150   151   152   153   154   ...   184
Taxıl kütləsinin konservləşdirmə üsulları. 
Taxılı normal vəziyyətdə saxlamaq üçün onun bütün canlı komponent-lərinin 
həyat fəaliyyətini daimi ləngidilməsinə çalışmaq lazımdır. 


181 
 
Bu məqsədlə müxtəlif konservləşdirmə üsullardan: qurutma, fəal ventilyasiya, 
soyutma,  hava  daxil  olmadan  saxlama  kimi  üsullarından  istifadə  olunur.  Taxıl 
kütləsinin alaq qatışıqlarından vaxtında təmizlənməsinin, həmçinin taxıl anbarının, 
taranın, daşınma vasitələrinin və toxumun özünün saxlanmaya qoyulmazdan əvvəl 
zərərləşdirilməsinin də mühüm əhəmiyyəti vardır. 
Taxılın  mikroorqanizmlərin  təsirindən  mühafizə  olunmasında  ən  effektli  və 
geniş yayılmış üsulu qurutma hesab edilir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  taxıl  uzun  müddət  saxlanmaya  quru  halda 
qoyulur,  buğda  və  çovdar  dəni  üçün  nəmlik  14%-dən  yuxarı  olmamalıdır.  Orta 
quruluqda  və  nəmlikdəki  taxılı  məhdud  vaxtda  və  yalnız  aşağı  temperaturda 
saxlamaq  lazımdır.  Taxıl  kütləsinin  soyudulması  +10C-dən  aşağı  temperaturda 
aparılması  məsləhət  görülür.  Çünki,  yalnız  belə  temperatur  şəraitində  əksər 
mikroorqanizmlərin,  o  cümlə-dən  kif  göbələklərinin  fəaliyyətinin  zəifləməsi 
müşahidə olunur. 
Taxılın yüksək rütubətdə saxlanmasının az yayılmış üsuluna karbon qazından 
istifadəni,  eləcəfə  taxılın  hermetik  şəraitdə  saxlanmasını  göstərmək  olar 
(autokonservasiya). 
Hazırda  kimya,  fizika,  mikrobiologiyanın  inkişafı  ilə  əlaqədar  taxıl  kütləsini 
kimyəvi birləşmələrin (kimyəvi konservasiya), həmçinin ionlaşdırıcı şüaların köməyi 
ilə  saxlanması  məsələsi  daha  geniş  yayılmışdır.  Effektiv  kimyəvi  konservantların 
axtarışında  400-dən  çox  mineral  və  üzvi  birləşmələr  tədqiq  olunmuşdur.  Belə 
birləşmələr birinci növbədə funqisid xassəsinə malik olmalıdır, belə ki, taxılda ən çox 
kif göbələkləri fəal inkişaf edir və onun xassəsini pisləşdirir. 
Hazırda taxıl kütləsində göbələk və bakteriyaların inkişafını saxlayan bir sıra 
birləşmələr  tapılmışdır.  Bunlardan  bəzi  birləşmələr,  məsələn  tiosidik  cövhəri  az 
qatılıqda  belə  effektlidir.  Keçmiş  sovet  alimlərinin  tədqiqatları  göstərir  ki, 
xlorpikrin və dixloretan güclü konservləşdirici təsirə malikdir. 
Son  vaxtlar  ədəbiyyatlarda  pirosulfat  natriumun  yem  taxılının  və  yemin 
saxlanmasına müsbət təsir göstərilir. Müəlliflər qeyd edirlər ki, adı çəkilən maddə, 


182 
 
göbələk  və  bakteriyaların  inkişafına  yol  vermədən,  taxılı  40-80  gün  müddətində, 
hətta yağışın altında saxlamaq qabiliyyətinə malikdir. 
Əgər  cücərmə  yaxud  öz-özünə  qızışma  prosesi  başlamışdırsa,  Natrium 
pirosulfat  bu  prosesi  dayandırır.  Natrium  pirosulfat  mikroorqanizmlərə  öldürücü 
təsiri  onun  parçalanmasından  alınan  HSO
3
  ionu  ilə  əlaqədardır.  Bir  ton  yüksək 
rütubətli taxıl üçün 10-15 kq natrium pirosulfat tələb olunur. 
Taxıl  üçün  effektiv  konservantların  axtarışında  əldə  olunan  nailiyyətlərə 
baxmayaraq,  hal-hazıra  kimi  saxlanma  təcrübəsində  geniş  tətbiq  olunmaq  üçün 
tövsiyə  edilə  bilən  preparat  tapılmamışdır.  Bu  onunla  əlaqədardır  ki,  taxılın 
mikrobiotasına  fəal  öldürücü  təsir  edən  bir  çox  preparatlar,  eyni  zamanda  taxılın 
qidalılıq,  yem  və  səpin  keyfiyyətinə  mənfi  təsir  göstərir.  Bir  çox  birləşmələr  taxıla 
kənar  iy  verir,  dad  və  rəngini  dəyişdirir.  Dənin  saxlanmasına  yönəldilmiş  yeni 
preparatların tədqiqi ilə əlaqədar axtarışlar davam edir. 
Həmçinin 
ionlaşmış 
şüalardan 
taxılın 
saxlanmasında 
istifadənin 
mümkünlüyünün öyrənilməsi sahəsində də tədqiqatlar aparılır. Hazırda ionlaşdırıcı 
şüanın  (başlıca  olaraq  qamma-şüaların)  taxılın  mikrobiotasına  təsirinin  ümumi 
şəkildə  tədqiqindən  aydın  olur  ki,  şüanın  dozasından  və  rütubətldən  asılı  olaraq 
taxıl kütləsində mikroorqanizmlərin miqdarı bu və ya digər dərəcədə azalır. 
İndiyə  kimi  şüalanma  üsulu  dərəcəsinin  taxılın  ərzaq  və  texnoloci  xassəsinə, 
həmçinin onun həyat qabiliyyətinə təsiri kifayət qədər öyrənilməmişdir.  
Beləliklə, taxılın saxlanması üçün şüa sterilizasiyasından istifadənin mümkünlüyü 
gələcəkdə daha  dərin tədqiqatlar tələb edir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin