178
kütləsində anaerob şəraitin getdiyini göstərir və rüşeymə zərərli təsir edir. Bu halda
cücərmə qabiliyyətinin aşağı düşməsinə yol verməmək üçün toxumda dərhal hava
dəyişilməsi aparılmalıdır.
Çürüntü iyi yalnız üzvi maddənin dərin parçalanması nəticəsində yaranır və
adətən taxılın tam xarab olduğunu göstərir.
Taxıl kütləsində mikroorqanizmlərin inkişafı zamanı daha çox kif iyi və üfunət
iyi əmələ gəlir. Bu iylər kif göbələklərinin, ən çox isə
Penisillium cinsi
nümayəndələrinin fəaliyyəti nəticəsində baş verir.
Kif iyi adətən taxıl kütləsində kif göbələklərinin fəal inkişafı və çoxalması
zamanı təsadüf edilir. Əgər kiflənmə prosesinin inkişafını qurutma, fəal ventilyasiya
və digər üsullarla dayandırsaq, onda kif iyi tamamilə yox olmur, başqa xoş olmayan
bir pis iyə çevrilir.
Pis (üfunət) iy çox davamlı olur və dənin uduculuq xassəsinin yüksək olması
səbəbindən həmin iy una, yarmaya və onlardan hazırlanan məhsullara keçir.
Pis iyi ləğv etmək üçün qurutma, şüalandırma, müxtəlif kimyəvi maddələrlə
təsiretmə kimi vasitə və üsullar tətbiq edilir. Lakin indiyə kimi pis iyi tamamilə aradan
qaldıra biləcək üsul tapılmamışdır.
Makroorqanizmlərin
təsiri
nəticəsində
orqanoleptik
göstəricilərin
dəyişilməsindən başqa, dənin kimyəvi tərkibində də kəskin dəyişiklik müşahidə
edilmişdir. Dəndə əsasən mikroorqanizmlərin qidalanması üçün istifadə edilən
karbohidratların hesabına quru maddənin xeyli itkisi baş verir.
Titrlənən turşuluq, yağ və şəkələrrin miqdarının turşuluq ədədi artır. Zülalın
ümumi miqdarı, amin turşularının və ammonyakın miqdarının artması hesabına azalır.
Daha sonra dəndə bəzən mikro-orqanizmlərin həyat fəaliyyətinin zəhərli məhsulu
toplana bilir, bu da insan və heyvanların sağlamlığı üçün qorxuludur. Belə dən heyvan
və quşlarda ağır xəstəliklər (aspergilloz, mukormikoz) törədə bilər.
Dostları ilə paylaş: