Taxılın emalı proseslərində onun mikrobiotası Taxıl kütləsində mikroorqanizmlərin miqdarı yalnız təmizləmə vaxtı deyil,
eyni zamanda onun qurudulması və ventilyasiyası prosesində də azalır. Düzdür,
qurutma əksər halda mikroorqanizmlərin müəyyən qisminin ölməsinə səbəb olur.
Ən çox spor əmələ gətirməyən Pseudomonas herbicola bakteriya formaları ölür.
Kif göbələklərinin sporları, həmçinin bakteriya sporları, bir qayda olaraq adi
qurutma recimində öz həyat fəaliyyətlərini saxlayırlar. Belə qanunauyğunluq
qurutmanın təsirini buğda, qarabaşaq, noxud, qarğıdalı və digər dənli bitkilərin
mikrobiotasını öyrənən zamanda müşahidə edilmişdir. Göbələk və bakteriya
sporları dəndə nəmlik kritik səviyyədən aşağı olduqda sükunət vəziyyətində olur
və inkişaf etmirlər, lakin rütubət cüzi miqdarda artanda mikroorqanizmlər az və ya
çox fəal həyat fəaliyyətinə keçir və taxılı xarab edə bilir.
Qeyd etmək lazımdır ki, qızdırılmış hava ilə taxılın fəal ventilyasiyasında
mikroorqanizmlərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Belə
ki, qarabaşaq taxılının atmosfer havası (13-16C) ventilyasiyasında olan
mikroorqanizmlərin miqdarı ilə müqayisədə, taxılın qızdırılmış hava ilə (60)
ventilyasiya-sında bakteriyaların miqdarı orta hesabla 5 dəfə, göbələklər isə 2-3 dəfə
azalmışdır.
Mikroorqanizmlərin miqdarı toxumun TMTD və digər funqisidlərə
dərmanlama prosesində də əhəmiyyətli azalır. Məsələn, qarğıdalı taxılında
dərmanlamadan qabaq 1q-də kif göbələklərin sayı 0,4-1,0 min, bakteriyalar sayı
174
isə 1,3 min olubdursa, dərmanlamadan sonra kif göbələkləri tamamilə yox olur,
bakteriyaların miqdarı isə 2 dəfə azalır.