214
3%-li məhlulu ilə dezinfeksiya edilir, sonra isə xlorun iyi tam gedənə qədər
qurudulur və havası təmizlənir. Daşınma zamanı qidanı örtən örtüklər çirkləndikcə
sabunlu şotka və ya qələvi məhlulu ilə yaxalanıb qurudulur.
Məhsulların müəssisədaxili daşınması zamanı isə xüsusi arabacıqlardan
istifadə olunur. Bu zaman məhsul bağlanmış halda taraya yerləşdirilir, ya da təmiz
mələfə (döşəkağı) yaxud plyonka ilə bağlanır. Bu məqsəd üçün istifadə olunan
taralar markalanır. Ət yarımfabrikatları üçün, təzə tərəvəz üçün və s.
Məhsulu alan zaman, müəssisələrdə taranın təmizliyinə diqqət verilməlidir.
Bu zaman arabacıqlardan tara məhsulla birbaşa stola və yaxud stellaja (qəfəsə)
düşürülür. Taranı döşəməyə qoymaq olmaz, belə ki ona yapışan çirk stolu çirkləyə
bilər. Taranı açmazdan əvvəl, onun tam təmizliyinə əmin olmaq lazımdır. Səthi
çirkli olan tara əvvəlcə təmizlənir və yalnız bundan sonra onun qapağı çıxarılır.
Boş taralar otaqdan tez yığışdırılır. Çəkilən zaman məhsulu birbaşa tərəziyə
qoymaq məsləhət görülmür. Çirklənmədən qorumaq üçün onu polietilen örtükdə
çəkirlər.
İstehsalda məhsulları boşaldan, yükləyən və aparan şəxslər isə sanitar
geyimlərlə (xalat, əlcək, şapka) təmin edilməlidirlər və bu geyimlərdən yalnız iş
zamanı istifadə olunmalıdır.
Dostları ilə paylaş: