MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə169/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   165   166   167   168   169   170   171   172   ...   184
Yarma  və  dənli  paxla.  Bütün  növ  yarmalar  DÜİST-in  tələblərinə  cavab 
verməlidir. Onların özünəməxsus dadı  və  iyi olmalı,  həm də  nəmliyi 12,5-15,5%-
dən  çox  olmamalıdır.  Yarmada  da  dəndə  olduğu  kimi  alaq  qatışıqları  olur.  Onun 
miqdarı  nizamlanır.  Belə  ki,  yulaf,  arpa  və  buğda  yarmasında  zərərli  qatışıqların 
miqdarı 0,05%-dən çox olmamalıdır. Metal qatışıqları 1 kq yarmada 3 mq, mineral 
qatışıqlar  –  0,05%-dən  az  olmamalıdır.  Qaramuq  qatışığı  0,4%,  yalnız  yulaf 
formasında 0,1% çox olmayaraq icazə verilir. 
Anbar zərəvericiləri və onun ifrazatı ilə yoluxmuş yarmalardan yem  məqsədi 
ilə istiyadəyə icazə verilir. 
Paxlalılara  sanitar  cəhətdən  qiymətləndirərkən,  onlarda  zəhərlənməyə  səbəb 
ola  bilən  toksiki  maddələrin  miqdarına  diqqət  verilməlidir.  Lobyanın  toksiki 


217 
 
maddələri  (fazeolunatin  və  fazein)  yalnız  uzun  müddət  termiki  emaldan  sonra 
parçalanır.  Ona  görə  də  lobyadan  olan  ikinci  xörəkləri  və  qarnirləri  1-2  saat 
müddində  qaynatmaq  lazımdır.  Lobya  unundan  olan  məmulatların  ilkin  emalı 
zamanı  toksiki  maddələrin  parçalanması  tamamilə  təmin  olunmadığı  üçün  onların 
əhaliyə satılması qadağandır. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin