67
arasında hərəkətli və hərəkətsiz bakteriyalar vardır. Onlar turşuya davamlıdır və
bəziləri mühitin turşuluğu 3,0 olduqdabelə inkişaf edə bilir. Bunlar üçün pH-
ınoptimalgöstəricisi 5,4-6,3-dür.
Sirkə turşusu bakteriyaları iki cinsə daxil edilir:
Gluconobacterium – polyar
qamçılıçöpdür, sirkə turşusunu oksidləşdirə bilmir və
Acetobacter – peritrix
qamçılıdır, sirkə turşusunu karbon qazı və suya oksidləşdirir.
Bu bakteriyalar hüceyrələrinin ölçüsünə, spirtə davamlılığına, mühitdəçox və
ya az miqdarda sirkə turşusu əmələgətirmə qabiliyyətinə və digər əlamətlərə görə
fərqlənirlər.
Məsələn,
Acetobacter
aceti
mühitdə
6%
sirkə
turşusu,
A.aceti.orleanensis - 9,5% sirkə turşusu əmələ gətirir.
Bu bakteriyalar 30°C temperaturada, mühitdə 10-12% etil spirti olduqda
prosesi daha fəal aparırlar.
Dostları ilə paylaş: