97
Fuzarioz – «xəstə» çörəklə zəhərlənmədir. Bu xəstəlik Fusarium graminearum
göbələyi düşmüş taxıldan bişirilən çörəkdən keçmişdir.
Fuzariozun əlamətləri qan dövranının pozulması və qanaxma ilə müşahidə
olunur.
Fuzariozun klinik mənzərəsində qastroenterit (mədə və nazik bağırsaqların
selikli qişasının iltihabı) və sərxoşluğa oxşayan mərkəzi sinir sisteminin
xəstələnməsi əlamətləri durur. Fuzariozla ən təsirli mübarizə vasitəsi əkinlərə
göbələk düşməsinin qarşısını alan aqrotexniki tədbirlərdir.
Dostları ilə paylaş: