MühaziRƏ MİkrobiologiYA, sanitariya və GİGİyenanin iNKİŞAF tariXİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə87/184
tarix30.12.2021
ölçüsü1,8 Mb.
#23896
1   ...   83   84   85   86   87   88   89   90   ...   184
 
 Suyun mikrobiotası 
Canlı təbiətdəki varlıqlar üçün xüsusi əhəmiyyətə malik olan suda müxtəlif növ 
mikrobların olması məqsədəuyğun deyildir. İçilən su tərkibində patogen mikrobların 
olması  ilə  insan  və  heyvanlarda  müəyyən  xəstəliklərin  əmələ  gəlməsinə,  texniki 
məqsədlə işlədilən su isə bir çox məhsulların vaxtından əvvəl xarab olmasına səbəb 
olur. Bakteriyalar su sevən – hidrofil orqanizmlər olduğuna görə, su mühitində onlar 
çox  olur  və  yaxşı  inkişaf  edirlər.  Çünki  su  mühitində  oksigen,  azot,  karbon  qazı, 
kükürd,  dəmir,  fosfor  və  s.  birləşmələr  həll  olmuşşəkildədir.  Su  mühitində  yaranan 
beləşərait  müxtəlif  fizioloji  qrup  mikroorqanizmlərin  inkişafına  səbəb  olur.  Suya 
mikroorqanizmlər  əsasən  torpağın  səthindən,  qismən  də  havadan,  yağış  və  tozla 
düşür.  Ona  görə  də  torpaqda  və  havada  olan  mikroorqanizmlərəçox  vaxt  suda  rast 
gəlmək  olur.  Bunlarla  yanaşı,  suda  bir  çox  su  mühitinə  uyğunlaşmış  spesifik 
mikrobiotaya  da  təsadüf  olunur.  Sularda  geniş  yayılmışlardan  Bact.aquatilis 
(aqyatilus),  Micrococcus  candicans,  Pseudmonas  fluorescens,Micrococcus  rascus, 
Bact.violaceum,  Spirillum  rubrum  və  başqalarını  göstərmək  olar.  Müxtəlif  su 
mənbələrinin mikrobiotası fərqlənir. Artezian quyularının və bulaqların suyu demək 


108 
 
olar  ki,  mikrobsuz  olur  (1  ml-də  10  ədəd).  Belə  sulara  mikroorqanizmləryalnız 
xaricəçıxandan sonra düşə bilir. 
Su  mənbələrinin  çirklənməsinə  səbəb  yaşayış  məskənlərinin  suya  yaxın 
olmasıdır,  çünki  həmin  sulara  müxtəlif  tullantılar  və  kanalizasiya  suları  da  qarışa 
bilir. Üzvi  maddələrlə zəngin olan belə sularda mikroorqanizmlər hədsiz çox olur. 
Dəniz  və  göllərdə  isə  sahildən  uzaqlaşdıqca  mikrobların  miqdarı  azalır.  Suyun 
təmizlik dərəcəsi 1 ml suda olan saprotrof mikrobların sayına görə müəyyən edilir. 
1  ml-də  100-ə  qədər  saprotrof  bakteriya  olan  su  yaxşı  su  hesab  edilir.  Bu 
mikrobların sayı 100-500 qədər olduqda, belə su şübhəli və 500-dən artıq olduqda 
isəçirkli  su  hesab  olunur.  Belə  suyu  xüsusi  süzgəclərdən  süzdükdən  və  ya 
qaynatdıqdan sonra istifadə etmək olar. Yağış suyunda mikroblar çox az olur. 
Çirkli  sularda  xarakterik  mikrob  növləri  müşahidə  olunur.  Bunlardan 
Leptomitus lacteus, Sphacrotilus vəBeggiatoa cinsinin  nümayəndələrini, çürüdücü 
bakteriyaları  göstərmək  olar.  Əhali  tərəfindən  işlənilən  suya  mikroblar  xəstə 
adamların və ya heyvanların ifrazatı vasitəsilə düşə bilər və belə sular bəzən qanlı 
ishal,  vəba,  qarın  yatalağı  xəstəliklərinin    yayılmasına  səbəb  olur.  Buna  görə 
dəəhalinin istifadə etdiyi suyun mikroblarla nə dərəcədəçirklənməsi nəzarət altında 
olur.  Sularda  patogen  bakteriyaları  tapmaq  çətin  olduğundan,  suyun  çirklənmə 
dərəcəsi  onda  olan  bağırsaq  çöplərinin  (Escherichia  coli)miqdarı  (titri)  ilə 
aydınlaşdırılır. Əgər su insan və ya heyvan nəcisi iləçirklənibsə, belə suda bağırsaq 
çöpləri  həmişəçox  olur.  Ona  görə  də  bu  çöplər  çirkli  su  üçün  indikator  hesab 
olunurlar. Səhiyyə nöqteyi-nəzərincə suyun təmiz, yaxud natəmiz olmasını bilmək 
üçün əsasən 3 göstəricidən istifadə edilir. Bunlara: 1) suyun 1 ml-də olan saprotrof 
mikrobların ümumi miqdarı; 2) suyun koli-titri; 3) suyun koli-indeksi aiddir. 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin