MAHAZİRƏ 5. MİKROORQANİZMLƏRİN TƏBİƏTDƏ YAYILMASI
Torpağın mikrobiotası
Mikroblar təbiətdə geniş yayılmışdır. Onlara torpaqda, suda, havada, bitkidə,
heyvan orqanizmində, okeanların dərinliyində, hündür dağların zirvələrində,
Arktika buzlarında və qızmar səhralarda təsadüf edilir. Təbiətdə mikrobların geniş
yayılması ilk dəfə L.Paster tərəfindən müəyyən edilmişdir. Müxtəlif yerlərin
coğrafi şəraitindən, iqlimindən və s. asılı olaraq mikroorqanizmlər həm kəmiyyət
və həm də keyfiyyət etibarı ilə dəyişilə bilirlər.
Mikroorqanizmlərin xarici mühitin amilləri ilə (işıq, istilik, qida maddəsi,
torpağın mühit reaksiyalı və s.) qarşılıqlı münasibətini və o mühitə uyğunlaşaraq
yaşamaq xüsusiyyətlərini öyrənən elm ekologiya adlanır.
Mikroorqanizmlərin belə geniş yayılmasının əsas səbəbi onların kiçik ölçüyə,
az çəkiyə malik olması və sürətlə çoxalmalarıdır. Digər canlılar kimi
mikroorqanizmlərin ilk tarixi beşiyi su mühiti olmuşdur. Sonrakı geoloci dövrlərdə
torpağın əmələ gəlməsi ilə əlaqədar olaraq mikroorqanizmlər üçün artıq torpaq
mühiti əsil yaşayış yeri olmuşdur. Su havaya nisbətən mikroorqanizmlərlə daha
zəngindir. Müəyyən olunmuşdur ki, 1 qram torpaqda milyonlarla, hətta
milyardlarla mikrob vardır. Bunun əsas səbəbi torpaqda mikroorqanizmlərin
inkişafını təmin edən hər bir şəraitin olmasıdır. Onlar qidalanmaq üçün kifayət
qədər üzvi və mineral maddələr, nəmlik, oksigen, mühit reaksiyası və s. Təmin
etməklə bərabər, torpaq zərrəcikləri günəşin öldürücü təsirindən bu xırda canlıları
qoruyur. Odur ki, torpaqda mikroorqanizmlərin bir çox növləri – bakteriyalar,
aktinomisetlər və göbələklər məskən salmışdır. Hesablamalar göstərir ki, çürüntülü
torpağın 2-15 sm dərinlikdə olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər
bakteriya, 20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min yosunlar,
1 milyona qədər ibtidailər və s. olur.
Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə mineral
birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və heyvanların istifadəsinə
qaytarırlar. Bitkilərin karbohidratlı qidası üzvi maddələrin mikroorqanizmlər
tərəfindən CO
2
-yə qədər parçalanması nəticəsində əmələ gəlir. Torpaqda
106
mənimsənilə bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ gəlir.
Torpağın
fiziki
və
kimyəvi
xüsusiyyətlərindən
asılı
olaraq,
oradakı
mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə dəyişirlər. Torpağın
mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın şumlanması, ona müxtəlif gübrələrin
verilməsi və s. böyük təsir göstərir.
Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən turş,
bataqlıq və ya torflu torpaqlarda isə az olur.
Aparılan mikrobioloji təhlillər göstərir ki, 1 q çox məhsuldar torpaqda orta
hesabla 50 milyard və daha çox mikroorqanizmlər vardır ki, bunların ən çox miqdarı
yaz və payız fəsillərinə təsadüf edir.
Torpağın mikrobiotası öz müxtəlifliyi ilə də kəskin fərqlənir. Burada qeyd
olunduğu kimi, onda bakteriyalar, aktinomisetlər, maya və kif göbələkləri,
yosunlar, ibtidailər və s. yayılmışdır.
Torpaq mikroorqanizmləri arasında həm saprotrof, həm də xəstəlik əmələ
gətirən növlərə, yəni patogenlərə rast gəlmək olar.
Saprotrof bakteriyalardan əsasən kokkları (Microc.albus, Microc.candidaus,
Microc.cereus flarus, Microc.raseus), çöp forma-lılardan üzvi maddələrin
parçalanmasında iştirak edən Bact.proteus vulgaris, Bac.subtilis, Bac.megaterium,
Bac.mesentericum, Bac.my-coides, Bac.cereus, Bac.virgulus və digərlərini qeyd
etmək olar.
Bunlarla yanaşı, torpaqda çoxlu miqdarda nitritləşmə aparan, azot fiksə
edənlər, sellülozanı parçalayanlara da rast gəlmək olur.
Xəstəlik əmələ gətirən bakteriyaların sporlu formaları da torpaqda geniş
yayılmışdır. Bu sporlar torpaqlarla əlaqədar olan yaralanmalar zamanı orqanizmə
düşüb tetanus, qarayara, qazlı qanqrena kimi ağır xəstəliklər törədə bilirlər.
Aktinomisetlər mikroorqanizmlərin ümumi miqdarının 10-30%-ni təşkil
edirlər. Bunlar əlverişli mühitdə çoxlu spor əmələ gətirməklə hədsiz çoxalır.
Aktinomisetlər az rütubət sevəndirlər. Ona görə də Azərbaycan torpaqlarında
qızmar yay günlərində, torpağın rütubəti az olduqda bunların miqdarı hədsiz çox
olur və həmin müddətdə bunlar bakteriyalara nisbətən bəzən üstünlük təşkil edirlər.
107
Torpaqda müxtəlif kif göbələkləri də geniş yayılmışdır. Şimal torpaqlarında kif
göbələklərinin miqdarı cənub torpaqlarına nisbətən yüksəkdir (1%-ə qədər). Cənub
torpaqlarında isə bunların miqdarı hədsiz az olur və xüsusilə respublikamızın
torpaqlarında kif göbələklərindən Aspergilius və Penicillium cinsləri üstünlük
təşkil edir. Rhizopus, Mucor, Trichothecium, Trichoderma, Alternaria, Verticillium
və s. göbələk cinslərinin növləri də təsadüf olunur.
Mikroorqanizmlərin miqdarı torpaq qatlarında qeyri-bərabər yayılmışdır.
Onların ən çox sayı 5-10 sm torpaq qatında müşahidə olunur. Torpağın ən üstündə,
quraqlıq və günəşşüalarının təsirinə məruz qaldıqlarından mikroorqanizmlər sayca
çox az olurlar. Torpağın dərinliyi artdıqca mikroorqanizmlərin miqdarı da azalır.
Bu da mikroorqanizmlərə lazım olan qida maddələrinin, eləcə də oksigeninaşağı
qatlara getdikcə azalması iləəlaqədardır.
Dostları ilə paylaş: |