146
Ширин Ханым Кяримбяйли Шадиман
NALƏSİLƏ GÖZ AÇIB
Mən Füzuli naləsiylə göz açıb,
Nəsiminin fəryadıyla yanıram.
Natəvanın gülzarında gül açıb,
Tikanları, qanqalları danıram.
Məhsətinin rübabından alışdım,
Alov olub ocağına qarışdım,
Hikmətlərin dünyasında yarışdım,
Yaxşıları, yamanları anıram.
Uzaqlarda, yaxınlarda yox gözüm,
Addımımdan narazıyam mən özüm,
Soyuq, isti çox görübdü bu üzüm,
Bəndələrin hər üzünü qanıram.
Hər sinədə alov olmaz, od olmaz,
Hər xörəyə hər dil üstə dad olmaz,
Hər yetənə el ucaldan ad olmaz,
Ürək var ki, sazağından donuram.
Əyrilərin əyri gedən sözünü,
Namərdlərin evlər yıxan özünü,
Çox başların düz görməyən gözünü,
Sinəmdəki sözlərimlə yonuram.
Şadimanam, əlimdədir qələmim,
El xoşbəxtsə nə kədərim, ələmim,
Firavandır bu bəxtiyar aləmim,
Ün yetməyən zirvələri sanıram.
19.11.1987
|