148 ШиринХаным Кяримбяйли Шадиман
SEVGİ DUYĞULARI Könlümün içində həzin bir atəş,
Keçən ocağımın külü də közdü.
Parladı eşqinlə sinəmdə günəş,
Bağrım məhəbbətin gölündə üzdü.
O isti əllərin hərarətindən,
Soyuq ürəyimin alovu artdı.
Səadət vüsalı doğdu bətindən,
Eşqisiz dünyamda həyat yaratdı.
Gözündən gözümə bir işıq axdı,
Ömrün qaranlıqda çırağı oldu.
İlahi bircə yol mənə də baxdı…
Bu eşq taleyimin varağı oldu.
Qəlbdən haray çəkən çılğın duyğular,
Könlümə gah kədər, gah da ki, nəş’ə,
Alıb ağuşuna məni uyğular,
Öldürür, dirildir bu xoş əndişə.
Mübarək baxışın gecəmə işıq,
Gəzər Şadimanın pak aylarında,
Bir könül bəxş etdin sevgi qarışıq,
Çapacaq ömrümün dolaylarında.
08.01.1993