163
Сечмяляр (шеирляр)
Çeşmələrtək ləpələnsəm,
Üz-gözünə səpələnsəm,
Ovucunda təpələnsəm,
Nə deyərsən, nə deyərsən.
Şadimana hicran məhrəm,
Can üstədir eşqlə bahəm,
Desəm ki,
sən dərdə məlhəm,
Nə deyərsən, nə deyərsən?
04.03.1995
SÖNƏR
Gözünün atəşi içimi diddi,
Alışır qorundan könül ocağı.
Eşqin yollarında
qalan ümiddi,
Hicranla, həsrətlə dolu qucağı.
Kəsilib qəlbimin taqəti daha,
Üzür varlığımı acı əndişə.
Mənim səadətim qalıb Allaha,
Çəkir həyatımı ayrılıq dişə.
Baxışlar, ürəklər, dillər qərarsız,
Nəfəsi kəsilən eşqilər ağlar.
Hönkürür buludtək sinəmiz yarsız,
Ölsək bir-birini ruhlar soraqlar.
Gəl acı həsrəti çırpaq daşlara,
Unudaq niskilli hər şeyi nə var.
Dönək bu sevdada biz sirdaşlara,
Yoxsa qəm vüsalın burnunu ovar.
Şadimanın qəlbi sənsiz buzlaşır,
Cahanın yazları qışlara dönər.
Əgər
birləşməsək eşq ucuzlaşar,
Taleyin göyündə bəxtimiz sönər.
04.06.1994