170 ШиринХаным Кяримбяйли Шадиман
ŞAH OLUB SAZAQ Mən sənin oduna yandığım kimi,
Sən mənim oduma yanmadın heç vaxt.
Oldu məhəbbətim başıma sərki,
Eyləyə bilmədim könlümü xoşbaxt.
Tapmadım bir yuva hicrandan qeyri,
Yandırdı bağrımı onun havası.
Gözümdən itmədi sevginin seyri,
Kəsildi ürəyim eşqimə asi.
Mən sənin oduna yanıram hələ,
Sənin ki, ürəyin bu oddan uzaq.
Gəlməz bu könlümün atəşi ələ,
Sönən ocağıma şah olub sazaq.
3.04.2000. Pirallahı GİZLİCƏ Yenə baxışında parlayır atəş,
Bu atəş könlümü yaxır gizlicə.
Ürəyin, üşüyən bağrıma Günəş,
Gözlərin gözümdə çaxır, gizlicə.
Ömrünün günləri düşməsin çənə,
Əlinlə dünyanı vermisən mənə,
Sevgilim, bir müjdə qoy deyim sənə,
Könlümdən sevdamız axır, gizlicə.
Rəbb gözdə qoymasın muradımızı,
İçdə batırmasın fəryadımızı,
Eşitsin İlahi imdadımızı,
Olmasın sevdamız axır, gizlicə.
Səni baxışıma büküm saxlayım,
Vüsalla hicranın bağrın oxlayım,
Söylə, ürəyini necə yoxlayım?
Gözlərim yoluna baxır, gizlicə.