|
15.07.1991. Tağay
SƏN OLDUN
Könlümü köpürən dəli sellərə,
Bir göz qırpımında atan, sən oldun.
Min bir qəm gətirən qəmsiz illərə,
Məni dərdlilərə qatan, sən oldun.
O lal gecələri uyğusuz edən,
Pak məhəbbətimi sayğısız edən,
Özgə yuvasına eşq üçün gedən,
Beşgünlük sevgilər tutan sən oldun.
Sevdanı Məcnuntək düzlərə salıb,
Ağlımı, huşumu əlimdən alıb,
Bağrımın başından ilantək çalıb,
Çiynimə həsrəti çatan, sən oldun.
Qırğıtək bir dünya nəş‘əmi didib,
Özgə qapısına əhd üçün gedib,
Bu yazıq bəxtimi qərarsız edib,
Ömürlük könlündə yatan, sən oldun.
12.08.1991
|
|
|