|
Ширин Ханым Кяримбяйли Шадиман
GİZLƏTMİSƏN GÖZÜMDƏ
180
Ширин Ханым Кяримбяйли Шадиман
GİZLƏTMİSƏN GÖZÜMDƏ
Dəli istək ürəyimdən yol salıb,
Bu sevgiyə mat qalmışam özüm də.
Baxışımdan gizli-gizli çağ alıb,
Gözlərini gizlətmisən gözümdə.
Yarı hicran, yarı vüsal bölgəsi,
Bir zülümdür, bir sitəmdir ölkəsi,
Düşür yola, düşür izə kölgəsi,
Gözlərini gizlətmisən gözümdə.
Yanmamaqçın zaman-zaman oduma,
Yetmək üçün hər dəqiqə dadıma,
Getməməkçin hicran, həsrət badına,
Gözlərini gizlətmisən gözümdə.
Bir fələktək fəth etmisən gözümü,
Qaldırmaqçın zirvələrə dözümü,
Yandırmaqçın atəş ilə közümü,
Gözlərini gizlətmisən gözümdə.
Aparmısan qəlbi uyğu elinə,
Dən salmısan o qapqara telinə,
Gül adımı salıb yadlar dilinə.
Gözlərimi gizlətmisən gözümdə.
Dostları ilə paylaş: |
|
|