186
Ширин
Ханым Кяримбяйли Шадиман
SƏN ÇIXAYDIN QARŞIMA
Dəli
könül dağ selitək daşanda,
Qarışaydı diləklər göz yaşıma.
Bağrım, köksüm ilham ilə coşanda,
Məni sevən, sən çıxaydın qarşıma.
Eşq
qonanda zirvələrə qar təki,
Könlüm nəğmə oxar kaman,
tar təki,
Ürək parça-parça olur nar təki,
Məni sevən, sən çıxaydın qarşıma.
Açılıbdı
çöl-çəməndə çiçəklər,
Bağlayıbdı başlarına ləçəklər,
Nə desə də mənə ağzıgöyçəklər,
Məni sevən, sən çıxaydın qarşıma.
Sənsən könlün əzəl-başdan rənası,
Məhəbbəti sanma ömrün fənası,
Olmaz yarsız ömür-günün mənası,
Məni sevən, sən çıxaydın qarşıma.
Darıxıram
səsin-sədan gəlməsə,
Gözüm baxmaz, könlüm baxmaz bir kəsə,
Ürəyimin
sirin deyim mən kəsə,
Məni sevən, sən çıxaydın qarşıma.
Ömür ötür, zaman qaçır, gün qara,
Çəkir
mənim ürəyimi qəm dara,
Ürəklərin ülfətində var çara,
Məni sevən, sən çıxaydın qarşıma.
Dostları ilə paylaş: