184 ШиринХаным Кяримбяйли Шадиман
SƏN OLMAYANDA Dünya öz donunu dəyişər tamam,
Gözlərim önündə sən olmayanda.
Dönür həyatımdan yaşamaq meylim,
Mənim bir günümdə sən olmayanda.
Acılı-şirinli anlarım nalan,
Zaman da, həyat da qarşımda yalan,
Qalıram yollarda ağlar, nigaran,
Mənim bir günümdə sən olmayanda.
Hönkürür halıma göylər, fələklər,
Yolur saçlarını azman diləklər,
Ayımı, ilimi hicran ələklər,
Mənim bir günümdə sən olmayanda.
Dağları, daşları sızladır naləm,
Söndürür evimin çırağın ələm,
Ocağı boranda sovrulan küləm,
Mənim bir günümdə sən olmayanda.
Könül sarayımın daşları uçur,
Ürək də sinəmdən çöllərə qaçır,
Könlümün qapısın ayrılıq açır,
Mənim bir günümdə sən olmayanda.
Anların qovğası başımda sınır,
Zamanın nəbizi əsla dayanır,
Həyatın nərdində zərlərim yanır,
Mənim bir günümdə sən olmayanda.
Amandır, gözümdən getmə uzağa,
Sinəmdən düzülür qəmlər varağa,
Bu çılğın ürəyim dözməyir dağa,
Mənim bir günümdə sən olmayanda.
185 Сечмяляр (шеирляр)
Zaman öz acısın başıma tökür,
Aydın səhərimə qaranlıq çökür,
Ruhum, eşqim çağlar, daşqın dəli Kür,
Mənim bir günümdə sən olmayanda.