171
Сечмяляр (шеирляр)
GÖZÜ BULAMASIN KƏDƏR YAŞLARI
Gözü bulamasın kədər yaşları,
Sənsiz dolaşmayım ömrü didərgin.
Qoy sevdalı olsun can sirdaşları,
Həyatı keçirmək olmayır gərgin.
Can deyib-eşitmək nə şirin şeydi?
Onun şirinliyi tükənən deyil.
Ürəkdə
məhəbbət nəğməli neydi,
O bülbül eşqindən heç enən deyil.
Kədəri
odlayaq bu yaz günündə,
Küskünlük ağrısın ataq tonqala,
Həyatın sevdalı
toy-düyünündə,
Yalnız məhəbbətlər zirvədə qala.
08.03.2011. Pirallahi
HİCRAN NƏĞMƏSİ
Uçdu qəlbimizin vüsal yuvası,
Didərgin düşübdü sevgimiz daha.
Getmir başımızdan eşqin havası,
Bizim taleyimiz qalıb Allaha.
Hicran yaramızın közün qopartdı,
Ağladı gecəmiz gündüz eşqinə.
Biz dərddən qaçdıqca, dərdimiz artdı,
Ayrılıq gəlmədi imana, dinə.
Gözümüz axtardı
biri-birini,
Dünənki məhəbbət nağıla döndü,
Kim
aça bildi ki, eşqin sirrini?
Ürəyin yerində sevgi döyündü.
İndi
xatirəyə döndü o günlər,
Əfsanə olubdu dünyalarımız.
Şirin yuxularda baxışlar inlər,
Xəyallar yaşayar röyalarımız.
31.08.1999