*** Şair olanın ruhuna qanad gərək olsun,
Misrasına, hər sözünə bir dad gərək olsun.
Heç etməyə ilhamını təhqirlərə məruz,
İblisliyə, yaltağlığa qəlb yad gərək olsun.
Allahı verən fitrətə yar etsin ürəyi,
Ya pərvanə, başa ağlı abad gərək olsun.
İslatmaya kağızını mürəkkəbə əbəs,
İnsanlığa hər könüldə imdad gərək olsun.
Milləti düşəndə dərdü-bəlalara nalan,
Səmalara bülbül təki fəryad gərək olsun.
Tutsun Vətənin şərəfini özündən uca,
Həm xeyrinə, həm seyrinə can şad gərək olsun.
Ey Şadiman, misralarının paklığın qoru,
Öləndən sonra yazdığına ad gərək olsun.
02. 02. 2003