229
Сечмяляр (шеирляр)
Gəl mübarək bahar, könül açılsın,
Sinəmin atəşi ərzə saçılsın,
Bütün pisliklərdən, qəmdən qaçılsın,
Gəl çat tonqalları, əbədi yansın.
Novruzun
gəlişin bu yer, göy ansın.
Gəl mübarək bahar, əziz bayramım,
Ulu qan yaddaşım, müqəddəs kamım,
Bəzənsin şamlarla bu könül damım,
Qopsun zülmətlərdən, ruhum ucalsın,
Yeri də, göyü də əlinə alsın.
Gəl mübarək bahar, qəlbə həyat ver,
Bu sınmış
könlümə qol ver, qanad ver,
Bu köhnə dünyaya təptəzə ad ver,
Tökülən qanlardan doysun yer üzü,
Bir də ağlamasın bəşərin gözü!...
Gəl mübarək bahar, al Şadimanı,
Dəli irmaqlartək hey coşsun qanı,
Bütün kainatdır onun ünvanı,
Gəzdir qarış-qarış
qəlbi özünlə,
Qoy baxsın cahana sənin gözünlə.
Dostları ilə paylaş: