|
Сечмяляр (шеирляр)
AL GÜNƏŞ ALƏMİ BƏZƏDİ YENƏ
231
Сечмяляр (шеирляр)
AL GÜNƏŞ ALƏMİ BƏZƏDİ YENƏ
Al günəş aləmi bəzədi yenə,
Sübhün gözü şehlə təzədi yenə.
Səmalar əl-əlvan rəngə boyanıb,
Buludlar necə göz-gözədi yenə?
Bir yanda şimşəklər özünü öyür,
Asiman bağrında nizədi yenə.
Ağappaq buludun rəngi boğulub,
O dolmuş gözləri kuzədi yenə.
Quşların sədası bürüyüb bağı,
Baharın pak üzü bizədi yenə.
Üzlərdə, gözlərdə səadət gəzir,
Ocağın külü köz-közədi yenə.
Şadiman dünyanın bağrından qopub,
Atəşi küllə üz-üzədi yenə.
12. 02. 2003
AĞACLAR SARI-SARI
YARPAQLARIN ƏLƏYİR
Ağaclar sarı-sarı yarpaqların ələyir,
Yerdən, göydən aman diləyir,
Külək bağçalar arasında
anasından ayrı düşmüş
quzu təki mələyir.
Günəş işıltısı içində,
Zaman anları biçində.
Fəsillər öz işində,
Fələk gərdişində,
Ömrümüzü əridir dişində…
13.10.2007
|
|
|