240 ШиринХаным Кяримбяйли Шадиман
*** Laçın məzarları boynubükükdü,
Bu əsir qəbirlər tarixə yükdü.
Dolaşır minlərlə ruhlar başında,
Laçın belə sitəm görmüb yaşında.
I-ci RUH Məni qoyub qaçan elim, elatım,
Əbədi dünyada məzar həyatım.
Gavur ayağının altında yatım?
Bəs hanı bir kişi, ər əsir elə?
Min illik tarixi verdilər yelə.
2-ci RUH Cismim murdarlanıb yağı izindən,
Yurdun qan tökülür qəmli gözündən.
Bu gün soruşuram Laçın özündən-
Hanı kabab çəkib, qədəh süzənlər?
Dağında daşında ərtək gəzənlər?
3-cü RUH Bir zaman anaydım, neçə övladım,
Gözəl oymağımın dilində adım.
Fəqət, qəbir evim yağının, yadın,
Beş kişi böyütdüm bəslədim, eyvah,
Yağı tapdağına tuş oldum, Allah.
4-cü RUH Bakirə qız idim, əcəl yetişdi,
Taleyim əzrayıl əlinə düşdü.
Qorxudan çatlamış qəbrim nalədə,
Gecəm zəhər dadan qəm piyalədə.
Hər axşam gəlirəm o ruh donunda,
Tank, qırad görürəm qəbrin yanında.
*** Beləcə hər gecə ruhlar gələrək,
O əsir Laçının bağrın dələrək,
Məzarlar önünə nalə ələrək,
Uçuşur göylərin əngin qatında,
Əsir qəbirlərin qəm həyatında...