278
Ширин Ханым Кяримбяйли Шадиман
SƏBA /kədər içidə, pıçıltılarla/
Aman, ey Allahım,
bu qədər kədər,
Əydi vücudumu büsbütün qədər.
Bağrımın içində bardaş qurub ah,
Mənə əzab verir hər gələn sabah...
Bilmirəm nə olar bu işin sonu?
Evimi yıxacaq sevgi oyunu.
Pərdə örtülür
V PƏRDƏ. 9-cu şəkil
Səhərdir, Səba Nabatgilin evində yır-yığış edir. Bu an
Aytən yataq otağından geyimli qonaq otağına gəlir. Səbanı
döşəməni silən görür.
AYTƏN /nazla/
Aha, Səba xanım,
xoş gördük səni,
Yaman valeh etdin, ay mələk məni.
Heç sənə yaraşmır yır-yığış etmək,
Əzablara batıb
bala böyütmək,
Bilirəm çox sevir atam da səni,
Sizin bu sevdanız şad etdi məni.
Dünya beşgünlükdü, beşi də heçdi,
SƏBA /çaşqın/
Sus, sus, o gözlərin nə tezcə seçdi?
Sən Allah, ayıltma Nabat bacını,
Tökmə başımıza ağrı-acını.
Vallah, kasıblıqdan
düşdüm bu yola,
Neyləyim, şirindi canımdan bala.
AYTƏN
Ay qız, arxayın ol məndən min dəfə,
Qoymaram bəxtinin evin hədəfə.
279
Сечмяляр (шеирляр)
Sevin
bir-birini, dünya beşgündü,
Həyatın yolları düyün-düyündü.
Dostları ilə paylaş: