Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə219/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   215   216   217   218   219   220   221   222   ...   282
SƏBA /həyəcanlı/
Nə olub bu axşam, ay Nabat bacı,
Tökürsən dilidən bu qədər acı.
Uşaqların könlün qan eyləyirsən,
Gəlib oturandan nəhs söyləyirsən.
NABAT /ayağa durur/ 
Yaxşı, yaxşı getdim, sabah gələrsən,
Mənzili yaxşıca töküb silərsən.
/Gedir./


278
Ширин Ханым Кяримбяйли Шадиман
SƏBA /kədər içidə, pıçıltılarla/
Aman, ey Allahım, bu qədər kədər,
Əydi vücudumu büsbütün qədər.
Bağrımın içində bardaş qurub ah,
Mənə əzab verir hər gələn sabah...
Bilmirəm nə olar bu işin sonu?
Evimi yıxacaq sevgi oyunu.
 
 Pərdə örtülür
 
V PƏRDƏ. 9-cu şəkil
  Səhərdir,  Səba  Nabatgilin  evində  yır-yığış  edir.  Bu  an 
Aytən yataq otağından geyimli qonaq otağına gəlir. Səbanı 
döşəməni silən görür.
AYTƏN /nazla/
Aha, Səba xanım, xoş gördük səni,
Yaman valeh etdin, ay mələk məni.
Heç sənə yaraşmır yır-yığış etmək,
Əzablara batıb bala böyütmək,
Bilirəm çox sevir atam da səni,
Sizin bu sevdanız şad etdi məni.
Dünya beşgünlükdü, beşi də heçdi,
SƏBA /çaşqın/
Sus, sus, o gözlərin nə tezcə seçdi?
Sən Allah, ayıltma Nabat bacını,
Tökmə başımıza ağrı-acını.
Vallah, kasıblıqdan düşdüm bu yola,
Neyləyim, şirindi canımdan bala.
AYTƏN
Ay qız, arxayın ol məndən min dəfə,
Qoymaram bəxtinin evin hədəfə.


279
Сечмяляр (шеирляр)
Sevin bir-birini, dünya beşgündü,
Həyatın yolları düyün-düyündü.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin