276 ШиринХаным Кяримбяйли Шадиман
CAMAL /arxayın/ Nicatı deyirsən, gözləmə onu?
Yəqin ayrı həyat qurubdu o da,
Kişilər ömrünü boş verməz bada.
pərdə örtülür.
IV PƏRDƏ. 8-ci şəkil Səba öz mənzilində. Axşamdır, uşaqlar hamısı evdədir. SAMİR /fikirli/ Ana, axır vaxtlar hara gedirsən?
Bizi çox nigaran, Vallah, edirsən.
SƏBA /çaşqın/ Samir iş tapmışam, ev çox varlıdı,
Evin də xanımı çox vüqarlıdı.
Deyir etmə mənə sən nankorluğu,
Çəkdirmərəm sənə puldan korluğu.
Bu zaman qapı döyülür. Səba qapıya gedir.
Qapını açır və Nabat içəri daxil olur.
NABAT /təəccüblə/ Səba, səhər niyə gəlmədin bizə?
Bir əl gəzdirmədin heç evimizə.
Ay qız, salamı da tamam unutdum,
Demə ki, özümü yüksəkdən tutdum.
SƏBA /çaşqın/ Vallah, Nabat bacı, heç vaxtım yoxdur,