274
Ширин
Ханым Кяримбяйли Шадиман
SƏBA /həyəcanlı/
Qulluqçu Səba da xanımlıq edir.
Üzür varlığımı qorxu-hürkülər...
Ağlım ürəyimə vurur sərkilər.
Gözümün önündən getməyir Nicat...!
CAMAL /onun saçlarını oxşayır/
Ərini biryolluq ürəyindən at,
O səni sevsəydi pul yollayardı,
Qısqanclıq könlünün için oyardı.
SƏBA /narahat/
Yəqin iş tapmayıb
binəva orda,
Üzü yox dönməyə vətənə, yurda.
O ki, çox sevirdi balalarını,
CAMAL
Səba, xatırlama mənə yarını,
Ömrün anlarını kef ilə yaşa.
Fələk rəhm etməyir gözlərdə yaşa.
Bu
köhnə fikirlər həyata baha,
Son qoy ürəyində kədərə, aha.
Hər şey yaratmışam
səninçin burda,
Bu cür səadəti tapardın harda?
Sənin gözəlliyin könlümə qüvvət,
Hərdən ürəyimi bürüyür heyrət.
Belə mələyə də tənhalıq olar?
Çiçək
də tək olsa, saralıb solar.
SƏBA
Hələ də Nabata qulluq edirəm,
Silib süpürməkçin ora gedirəm.