271
Сечмяляр (шеирляр)
III PƏRDƏ. 6-cı ŞƏKİL
Nicatın getməyindən 5 ay keçib. Səhərdir, Camalgilin evi.
Nabat xanım yaxınlıqda olan qadın bərbərxanasına gedir.
Səba Nabat xanımın döşəməsini silir. Bu an qapı döyülür.
Səba qapını açır. Camal içəri daxil olur. Səbanı tək görür.
CAMAL /sevincək/
Salam, Səba xanım, de kefin necə?
Baxışın, duruşun, yerişin incə.
Bir
dəfə hə denən, yanır könlüm – qor,
Mənim olacaqsan ya güc, ya da zor.
SƏBA /qorxmuş/
Puluna
güvənib belə deyirsən,
Özünü bu qədər niyə öyürsən?
Göndərər pulunu Nicat,
səbr elə,
Vermə qonşuluğu, ülfəti yelə.
CAMAL /ötkəm/
Ay qız,
üç ay çoxdan keçibdi daha,
İndi güman yoxdu, vallah sabaha.
Pul
yoxdur sən varsan, gözəlliyin var,
İnsan yoxsulluğun burnunu ovar.
İstəsən ev alım
sənə kənarda,
İnsaf et, atma gəl könlümü oda.
SƏBA /əsəbi/
Pullamı ölçürsən, Camal, şərəfi?
Namusdur bəşərin yalnız əşrəfi.
Nicat gedən gündən həyatım qara,
Barı,
bir rəhm eylə, sən uşaqlara.
Axı eyni xalqın övladıyıq biz,
Niyə bir-birinə yanmır qəlbimiz?!