269
Сечмяляр (шеирляр)
Aygünüm, ay qızım, ay dadım, duzum,
Bəxtimin aynası, tale ulduzum.
Mən ola bilmədim heç yaxşı ata,
Sizi əzablarçın atdım həyata.
Qayıdıb gələrəm,
oxşaram sizi,
Fələk ayırmasın bir-birimizi.
AYGÜN /ağlayır/
Ata, getmə, ata, mən qorxuram çox,
Sənsiz neyləyərik?
Yox getmə, yox, yox!
Razıyam çörəksiz,
susuz qalmağa,
Yox, dözməz ürəyim sənsiz olmağa.
NİCAT /kədərli/
Aygünüm, sevincim, tökmə göz yaşı,
Onsuz da ağrayır könlümün başı,
Kişinin
hörməti pulla ölçülər,
Qazancsız kişinin adı kiçilər.
Puldur ailəni şərəfləndirən,
Puldur ucalığa, haqqa endirən.
Samirim,
bu evin böyüyü sənsən,
Yolunu kəsməsin çiskin, duman, çən.
Dostları ilə paylaş: