266 ШиринХаным Кяримбяйли Шадиман
NİCAT Atır yazıq balam özünü oda.
Gedim pul qazanm biz də varlanaq,
Biz də adam olub yaxşı dolanaq.
/Bu an qapı döyülür. Səba dəhlizə gedib qapını açır. Samir əlləri donmuş halda içəri daxil olur və ağlayır. / SƏBA /həyəcanlı/ Nə olub, ay bala, göz yaşı nədən?
Görüm gün görməsin bizə zülm edən!
SAMİR /ağlar/ Ana, qazanmışdım altı min manat,
Elə sevinirdim, açıb qol-qanad.
Polislər pulumu tutub aldılar,
İlantək könlümdən elə çaldılar,
Min manat verdilər bax yalnız mənə,
Onu da, ay ana, gətirdim sənə.
NİCAT /kədərli/ Sonu yaxşılıqla qurtarar qəmin,
Allahım qurutsun gözünün nəmin.
Sabahdan gedirəm Rusyətə mən,
Oğlum, qüssələnmə, kədərlənmə sən.
Qazanıb çoxlu pul yollaram sizə,
Bu aclıq, səfalət qalıbmı bizə?
Dönməsin bizlərdən fələyin üzü,
Yoluma nur etsin gecə, gündüzü.
Pərdə çökür.