CAMAL /Səbanın adını eşidəcək yumşalır./ Yaradan yaradıb Səbanı gözəl,
Ağlı olsun ömrün etməsin xəzəl.
AYTƏN /rəfiqəsi Günaya göz vurur./ Hər şey səadətlə qurular, ata,
Yalnız açıq gözlə baxsan həyata.
Pərdə örtülür II PƏRDƏ. 3-cü ŞƏKİL Pərdə açılır. Nicatgilin evi. Nicat bir neçə gündür ki, evdən gedib, daha evə gəlmir. Uşaqlar artıq məktəbə getmirlər. Böyük oğlu Samir ac uşaqlara qoşulub yollarda maşın silir və bir-iki minmanat qazanır. SƏBA /həyəcanlı, düşüncələr içində/ Əcəb yaxşı idi sovetlər vaxtı,
Hamının üzünə gülürdü baxtı.
Evimiz, pulumuz, paramız vardı,
Bu azadlığımız, könlüm qubardı.
Bir parça çörəyin acısıyıq biz,
Çökürük harınlar qarşısında diz.