260
Ширин Ханым Кяримбяйли Шадиман
SƏBA /ağlar/
Niyə qara oldu mənim həyatım?
Yavan çörək yeyir yazıq uşaqlar,
Qonşunun evində nə istəsən var.
Nələr geyindirmir o tək qızına?
Çullu
dovşan girməz, vallah, ağzına.
Sələmlə doldurub evinə daş-qaş,
Yaşasın deyirəm, min il belə baş.
NİCAT /əsəbi/
Yenə də Camalı tə‘rif edirsən,
Yenə də onlara yə‘qin gedirsən.
Haramdı sələmlə dolanmaq, arvad,
Dost-tanış içində çıxarar pis ad.
SƏBA /kəskin/
Artıq kürsünü də satmışam bu gün,
Düşsün
qonşulara qoy səs, səda, ün.
Oturma üstündə bizimki deyil,
Sanma
mən tərəfdən bir fitnə, fe`l.
Bir həftə çörəyin pulu ki, olar,
Sonrasın
Rəbb bilər nə olar, olar.
Mən ki, qulluqçuyam,
Nabata çoxdan,
Dolana bilmərik,
ay Nicat, yoxdan.
Dostları ilə paylaş: