Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  ***



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə196/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   192   193   194   195   196   197   198   199   ...   282
244
Ширин Ханым Кяримбяйли Шадиман
 *** 
Zəngilan məzarları bürünüb dumanlara,
Zəhər yağır, qan yağır elsiz keçən anlara.
Quranı, yasini də unudulub ruhların,
Tanrı özü eşidir qəbirlərin ahların.
Güllələrin səsindən bağrı yarılan ruhlar,
Sizin də bəxtinizdə acı bir şəhidlik var.
Əsir düşüb əbədi dünyamız quduzlara,
Dərdinizi söyləyin Allaha, ulduzlara.
Deyin ki, məzarlara erməni divan tutur,
İnsan adı daşıyan insanlığı unudur.
 ***
Mələk donlu ruhlar da dolaraq bir yaz kimi,
Fəğanı ərşə bülənd rəbbə etiraz kimi,
Şimşək təki səmanın sinəsində çaxaraq,
Fəryadlarla dünyanın sinəsini sıxaraq,
Ağlayıb hönkür-hönkür məzarların önündə,
Yandırılmış yurdlara qoşulub qara gündə.
 ***
Vətəndə qaçqın olmuş əzizlərin haylayır,
Asitək obaların sinəsində vaylayır.
Zəngilana səsləyir qaçqın düşmüş elləri,
Çağırır ruha dönmüş min illik nəsilləri...
  

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin