243
Сечмяляр (шеирляр)
Çıxıb orbitindən, çıxıb səbirlər.
Zaman öz atında çapmaqda gərgin,
Millət oymaq-oymaq yurdsuz, didərgin.
Ruhlar da gəlməyir güllə səsinə,
Yağının o quduz yad nəfəsinə.
Fəqət gecə oldu, susur güllələr,
Tülkütək kollarda o yağı mələr.
Bu vaxt Qubadlıda əsir məzarlar,
Tarixə yeni bir vərəq yazarlar.
Uçuşur göylərdə ruhlar da xoflu,
Tarixi bilinməz məzarlar ulu.
Solmuş kəfənləri süzərək şaşqın,
Qəbir evlərində gəzərək şaşqın,
Hey üzər ruhları, üzər fəlakət,
Deyər: «Xilas edin bizi, məmləkət.»
Dostları ilə paylaş: