Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  ***



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə192/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   188   189   190   191   192   193   194   195   ...   282
240
Ширин Ханым Кяримбяйли Шадиман
 ***
Laçın məzarları boynubükükdü,
Bu əsir qəbirlər tarixə yükdü.
Dolaşır minlərlə ruhlar başında,
Laçın belə sitəm görmüb yaşında.
 I-ci RUH
Məni qoyub qaçan elim, elatım,
Əbədi dünyada məzar həyatım.
Gavur ayağının altında yatım?
Bəs hanı bir kişi, ər əsir elə?
Min illik tarixi verdilər yelə.
 2-ci RUH
Cismim murdarlanıb yağı izindən,
Yurdun qan tökülür qəmli gözündən.
Bu gün soruşuram Laçın özündən-
Hanı kabab çəkib, qədəh süzənlər?
Dağında daşında ərtək gəzənlər?
 3-cü RUH
Bir zaman anaydım, neçə övladım,
Gözəl oymağımın dilində adım.
Fəqət, qəbir evim yağının, yadın,
Beş kişi böyütdüm bəslədim, eyvah,
Yağı tapdağına tuş oldum, Allah.
 4-cü RUH
Bakirə qız idim, əcəl yetişdi,
Taleyim əzrayıl əlinə düşdü.
Qorxudan çatlamış qəbrim nalədə,
Gecəm zəhər dadan qəm piyalədə.
Hər axşam gəlirəm o ruh donunda,
Tank, qırad görürəm qəbrin yanında.
 ***
Beləcə hər gecə ruhlar gələrək,
O əsir Laçının bağrın dələrək,
Məzarlar önünə nalə ələrək,
Uçuşur göylərin əngin qatında,
Əsir qəbirlərin qəm həyatında...



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin