|
Ширин Ханым Кяримбяйли Шадиман
SARI-QIRMIZI GÜLLƏR
236
Ширин Ханым Кяримбяйли Шадиман
SARI-QIRMIZI GÜLLƏR
Bahar yaşıl ətəyin sərib torpağın üstə,
Kolun dibindən baxır bənövşə – boyu bəstə,
Bürüyür ürəyimi xoş duyğular ahəstə,
Ruhuma qanad verir çiçək donlu gözəllər,
Bağçamızda açılıb sarı-qırmızı güllər.
Çiçəklərin öz ətri, ləçəklərin öz iyi,
Ləklər üstə oynaşan küləklərin öz iyi,
Sinəmdə cövlan edən diləklərin öz iyi,
Gəzir kolların üstə ofsuna düşmüş əllər,
Bağçamızda açılıb sarı-qırmızı güllər.
Mən təmənna edirəm, əqlimi almın əldən,
Uçuşur kəpənəklər asılıb qalır yelldən,
Həzin əsən çiçəklər yorulub düşür dildən,
Mənimtək çalxalanır sehrə düşən könüllər,
Bağçamızda açılıb sarı-qırmızı güllər.
Torpaq ətir qoxuyur otların təmasından,
Günəş hərdən boylanır mirvari səmasından,
Qarışqalar boylanır balaca yer tasından,
Bənövşəni, laləni titrədir incə yellər,
Bağçamızda açılıb sarı-qırmızı güllər.
İlahinin səpdiyi gözəlliyə varam mən,
Çiçəklərin eşqinə alışıram, qoram mən,
Baharın sevda dolu günlərinə yaram mən,
Yerə, göyə səs salır ürəyimdəki tellər,
Bağçamızda açılıb sarı-qırmızı güllər.
Bağçamızda açılıb sarı-qırmızı güllər.
18.04.2012
|
|
|