Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман POEMALAR



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə191/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   187   188   189   190   191   192   193   194   ...   282
238
Ширин Ханым Кяримбяйли Шадиман
POEMALAR
 RUHLARIN FƏĞANI 
 Yağı tapdağı altında qalmış 
 torpaqlarımızda olan məzarlar da şəhiddi!
 
 I
 ŞUŞA MƏZARSTANI
Şəhid düşmüş oğullara ağlayan,
Qara geyib köksü, qəlbi dağlayan,
Mənsəb itdi, namus itdi, ar itdi,
Tək yurdlar yox, məzarlar da şəhiddi.
Əsir düşüb qəbirlər də zamandı,
Hər məzarın ruhu bir ah-amandı.
Qubarlanıb sinəmizdə ürək də,
İnlər iman, inlər zaman kələkdə.
 ***
Rüzgarların naləsi,
Ərzi dolandı səsi.
Əsir Şuşa qalası,
Qolu bağlı qul oldu.
Zülüm yoxdan doğuldu,
Çarmıxa çəkdi zaman.
Ərzi boğdu ah-aman, 
Ruhlar göylərdə yaman,
Fəğan edib coşurdu.
Burada qəm daşırdı...
Şuşaya yağdı qırad,
Batdı tarix, batdı ad.
Ruhlar açaraq qanad,
Ərzdə nalə çəkdilər,
Qalaya ah tökdülər.


239
Сечмяляр (шеирляр)
Pənah xan, İbrahim xan,
Yenidən verirdi can
Vaqifin gözündə qan,
Vidadinin yurd ahı
Ağladırdı sabahı.
Mələk donlu Natəvan,
Naləsi, qəmi rəvan.
Dilində zaman, dövran,
Ruhu Şuşa düzündə
Bir inciklik üzündə.
 «Hanı mərd qalam» dedi,
 «Hanı ər balam» dedi,
 «Satqınlıq eli yedi»,
Bir nalə vardı anda,
Uçurdu qara donda.
Şuşa məzarıstanı,
Əsir pak adı-sanı,
Deyir: «İgidlər hanı?
Açsın bağlı qolumu,
Kəsib gavur yolumu.»
 II
 LAÇIN MƏZARSTANI
Laçın tərlanların qoruq meydanı,
Axdı xainlərin əlində qanı.
Gəzdi yoxuşlarda şeytan barmağı,
Dəydi ormanlara yağı ayağı.
Laçın ucalıqdan dərəyə düşdü,
Allah bu nə fəğan, bu nə yürüşdü?
Ərləri yağıyla hər gün döyüşdü,
Laçın ucalıqdan dərəyə düşdü.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin