Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə187/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   183   184   185   186   187   188   189   190   ...   282
 17. 12. 2002


234
Ширин Ханым Кяримбяйли Шадиман
BU YERDƏ 
Payız gələr, xırmanlıqlar saralar,
Yığın-yığın göyü alar buludlar.
Avqust ayı, günün ömrü daralar,
Səmalarda köçün salar buludlar.
Bu yerlərdən uçar köçəri quşlar,
Hönkürtüylə ağlar qara buludlar.
Gur leysanlar göyün gücün alqışlar,
Gələr ərzi yara-yara buludlar.
Ağacların uca qəddi bükülər,
Fəğan edər yerdə, göydə küləklər.
Sarı yarpaq ayaq altda tökülər,
Qaçıb özün künc-bucağa bələklər.
 31.08.1988 Tağay
 AY PAYIZ GECƏSİ 
Əsər pak sinəndə sərin küləklər,
Qoşa pərvazlanar yenə ürəklər,
Uçar zirvələrə min bir diləklər,
Ucalar sevginin divanə səsi,
Ay payız gecəsi, payız gecəsi.
Gör nələr düşünər ürək bir anda,
Qurular toy-büsat dağda, aranda,
Ay işıq seliylə köksü yaranda,
Pak nura boyanar sevgi küçəsi,
Ay payız gecəsi, payız gecəsi.
Yenə qatarlanıb saysız ulduzlar,
Göyün də, yerin də öz calalı var.
Bu səssiz səmaya gəl car çəkək, car,
Coşsun duyğuların safı, incəsi,
Ay payız gecəsi, payız gecəsi.
 05.09.1986 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin