Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə184/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   180   181   182   183   184   185   186   187   ...   282
14.03.2001


230
Ширин Ханым Кяримбяйли Шадиман
BU PAYIZ 
Bu payız yarpaqlar – sarı kəhraba,
Axır günlərini yaşayır, eyvah.
Buludlar qapqara geyinib əba,
Dumanlı, çiskinli açılır sabah.
Hərdən də göylərdən parlayan şimşək,
Səmanın ürəyin yarır ikiyə.
Dolaşır bağlarda xəzri tənha, tək,
Sərçələr özünü vurur səkiyə.
Bu payız torpağın bağrı qaralıb,
Quşlar pəncərəmə sıgınıbdır hey.
Günəş də, heyvatək, sanki saralıb,
Üzündən, gözündən oxunur giley.
Küləklər ruhumda nəğmətək gəzər,
Bu nəğmə könlümə duman ələyər,
Anasından ayrı quzuya bənzər,
 Payızın əlindən yer-göy mələyər.
Sanki, ac canavar, torpağın özü,
 Saplağından qopan yarpağı udur.
Balasını atan insafsız düzü,
Təbiət bağçanı, bağı unudur.
Payızın bilmədən yaşayır insan,
Ölərkən həyatı ona bir andır…
Budağdan ayrılan hər yarpaq bir can,
Həyatın o üzü ona divandır..!
 08.11.1998



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin