235
Сечмяляр (шеирляр)
YAMAN GÜNƏ SALIBDI
Bu nə kədər, bu nə qüssə, bu nə qəm,
Bəbəyimdə kölgələnib yenə nəm,
Sənə baxdım lap göynədi bu sinəm,
Qara qızıl səndən səni alıbdı,
Xəzər, səni yaman günə salıbdı.
Buludlar da göylər içrə yaş tökür,
Haray salan dalğaların qəlb sökür,
Sularına yeddi rəngli neft çökür,
Yosunların mazutlanıb qalıbdı,
Xəzər, səni yaman günə salıbdı.
Ötənlərdən yadigarsan sən bizə,
Balıqları qaçır durur lap üzə,
Sularında çirkabların göz-gözə,
Laqeydilik ürəyindən çalıbdı,
Xəzər, səni yaman günə salıbdı.
Çimərliklər üfunətdən boğulur,
Sahillərə zibilliklər yığılır,
Qızıl, nərə, kütüm hara dağılır?
Mavi sular indi qara olubdu,
Xəzər, səni yaman günə salıbdı.
Vətən deyib, haray salan, ey soydaş,
Bizimkidir dərə, dəniz, qaya, daş,
Gələn nəsil qoy deməsin bizə daş,
Dönük olmaq sinəmizdən çalıbdı,
Xəzər, səni yaman günə salıbdı.
Şirin xanım sənə bağlı ürəkdi,
Bol nemətin Vətənimə dirəkdi,
Göy suların hələ arzu, diləkdi,
Laqeydilik bizi bizdən alıbdı,
Xəzər, səni yaman günə salıbdı.
24.02.1989
|