SƏBA /təəccüblə/ Bəs sən yol pulunu hardan taparsan?
Tutalım, kimdənsə alıb aparsan?
Onda borc içində batıb qalarıq.
NİCAT /inamla/ Sələmçi Camalı başa salarıq,
Bir üç yüz dollar o verər mənə,
Sonra mən qazanıb yollaram sənə.
SƏBA /həyəcanlı/ Yox, yox aman, Nicat, faiz bir ölüm!
Salar bəlalara eyləyər zülüm.
Daşın bu fikirdən, ayrı yol ara,
Vurma ürəyimin başına yara.
NİCAT /ümidsiz/ Ayrı yolumuz yox, sən bunu düşün,
Allah qoysa, sonu xoşdur bu işin.
Zəng edim Camala görüm evdədir?
/Camala zəng edir. Camal telefonu götürür, razılaşırlar. Uşaqlar Aygün, Elçin, Fuad yan otaqdan gəlirlər. Ata və anasını qucaqlayırlar. Nicat uşaqlara heyrətlə baxır, bəs Samir hanı?/ SƏBA Samir maşın yuyur, bu heyrət nədir?
Qonşu uşaqlara qoşulub o da,