/Bu an Nabat otağa daxil olur./
NABAT /eyhamla/
A, Aytən, deyirəm Səba dəyişib,
Nicatın getməyi çox ona düşüb...
AYTƏN
Dünya beşgünlükdü, beşi də puçdu,
Son anda deməyin ömrümüz uçdu.
Ailənin nə qədər çoxdur cəfası,
Dünyada heç kimin yoxdur vəfası.
NABAT /əsəbi/
Axmaq qız, ömrünü keçirmə hədər,
Cavanlıq beşgünlük tez gəlib-gedər,
Səninçin yığırıq pulu, sərvəti,
Bilmirəm könlünün nədir niyyəti?
Qur sən də biriylə öz həyatını,
Mən də görüm, bala, toy büsatını.
AYTƏN
Mamıçka, toy-moya uyma dünyada,
Gedər cavanlığım, həyatım bada.
Mə`nalı keçirmək üçün hər anı,
Gərək qoruyasan bu şirin canı!
Bu gün dostlarımla gedirəm bara,
Mama, papa canı, məni az ara.
Dostları ilə paylaş: |